Əməkdar artistlər AzTV-dəki verilişdə qaydanı pozdular - Video 

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistlər AzTV-dəki verilişdə qaydanı pozdular - Video 

Şou

08 Aprel 2024 17:09 854


Əməkdar artistlər Elza Seyidcahan və Elşən Cəbrayılovun iştirak etdiyi “Düşən pullar” şousunda maraqlı anlar yaşanıb. 

Axşam.az xəbər verir ki, təqdim edilən suala bir neçə cavab variantı seçən məşhurlar həyəcandan oyunun qaydalarını unudublar. Onlar pulları bütün cavab variantları üzərində yerləşdiriblər. 

Verilişin qaydalarına uyğun davranan aparıcı Şəhriyar Əbilov bildirib ki, onlar sonuncu cavab variantının üzünə yerləşdirilən 5 min manatı itiriblər. Buna baxmayaraq, onlar suala düzgün cavab verərək 55 min manatla oyuna davam ediblər.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!