ƏMƏLİYYAT: Azərbaycanda çox sayda vəzifəli şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

ƏMƏLİYYAT: Azərbaycanda çox sayda vəzifəli şəxs saxlanıldı

Hadisə

22 Fevral 2022 15:48 8628


Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçirib.

Manset.az-ın əldə etdiyi məlumata görə, əməliyyat səhər saatlarında keçirilib. Xüsusi əməliyyat qrupu idarənin rəis müavini Etibar Qasımovu, bir neçə mühəndisi, sektor müdirini, baş qeydiyyatçını və qəbul şöbəsinin bir əməkdaşını saxlayıblar. Ümumilikdə saxlanılan 10-dan çox vəzifəli şəxs xüsusi avtomobillərlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.

Əməliyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimov saxlanılmayıb. Tutulanların əlbir olaraq qanunsuz əməllər törətdiyi bildirilir. Toyuqlu pizza

***

Baş Prokurorluqdan “Yeni Sabah”a bildirilib ki, Abşeronda əməliyyat keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!