Əməliyyatçılar İstanbulda terror törədən qadının boğazını niyə sıxıb? - Şok səbəb   + Video

saytların hazırlanması

Evə çatdırılma

Əməliyyatçılar İstanbulda terror törədən qadının boğazını niyə sıxıb? - Şok səbəb + Video

Maraqlı

15 Noyabr 2022 17:25 1737


İstanbulun İstiqlal küçəsində baş verən terror hadisəsi ilə bağlı müzakirələr səngimək bilmir.

Yenisabah.az Day.Az-a istinadən xəbər verir ki, müzakirə olunan məsələlərdən biri polislərin əməliyyat zamanı terrorçu qadının boğazını sıxması ilə bağlıdır. 

Polislər terrorçu Ahlam Albeshirin boğazını niyə sıxıb? Pepperoni pizza

Təhlükəsizlik və terror mütəxəssisləri qeyd edirlər ki, qadının boğazı onun intihar etməsinin qarşısını almaq üçün sıxılıb. Çünki terrorçu saxlanıldığı an dərman atıb intihar edə bilərmiş. Onun intihar etməsi terror hadisəsi ilə bağlı bir çox məsələlərin sirli qalması ilə nəticələnəcəkdi. Bu səbəbdən əməliyyatçılar onun boğazını sıxıblar ki, özünü öldürməsin.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. Partlayışı törədən Ahlam Albashir gecə saatlarında həyata keçirilən əməliyyat zamanı saxlanılıb. Hazırda polis 37 nəfəri xarici ölkə vətəndaşı olmaqla 48 nəfəri həbs edib. Saxlanılanların çoxu suriyalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!