Millimizin qapıçısı Emil Balayev "Tobol"dan ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, Qazaxıstan klubu rəsmi saytı vasitəsilə yaydığı məlumatda 26 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyini bildirib.
"Tobol" ötən mövsüm əsas qapıçı olan Balayevə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. pizza sifarişi
Qeyd edək ki, Emil Balayev ötən mövsüm "Tobol"da 36 oyun keçirib və Qazaxıstan çempionatının ən yaxşı qapıçısı seçilib.
Telegram kanalımız