Emil Balayev Türkiyəyə gedir - Prezident açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Emil Balayev Türkiyəyə gedir - Prezident açıqladı 

İdman

09 Yanvar 2020 08:48 1296


Futbol üzrə Azərbaycan milli komandasının və “Tobol” (Qazaxıstan) klubunun qapıçısı Emil Balayev Türkiyəyə gedir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə klubun prezidenti Nikolay Panin Qazaxıstan mətbuatına danışıb. O, futbolçunun fərdi proqram üzrə hazırlaşacağını deyib:

"Emilin Türkiyədə bərpası nəzərdə tutulub. Toplanışın bir hissəsini orada keçirəcək, fərdi proqram üzrə hazırlaşacaq". Pepperoni pizza

Xatırladaq ki, Kostanay təmsilçisi yeni mövsümün hazırlıqlarını Dubayda davam etdirir. 

Qeyd edək ki, "Tobol"da baş məşqçi vəzifəsinə erməni Qriqori Babayanın gətirilməsindən sonra Emil Balayevin klubdan ayrılacağı ilə bağlı iddialar ortaya çıxıb. Hətta bu durumdan AFFA-nın da narahat olduğu və futbolçunu 4 Türkiyə klubuna ("Trabzonspor", "Antalyaspor", "Ankaragücü" və "Kayserispor") təklif etdiyi də yazılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!