Emil Balayev üçün 4 Türkiyə klubu - Təklif göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Emil Balayev üçün 4 Türkiyə klubu - Təklif göndərildi

İdman

05 Yanvar 2020 18:39 1164


Millimizin qapıçısı Emil Balayevin "Tobol"dan ayrılacağına dair xəbərlər bir-birini əvəzləməkdədir. 25 yaşlı "çərçivə" qoruyucusunun Kostanay klubunu tərk etmək məsələsi erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra sürətlənib.

"Yeni Sabah" xəbər verir ki, Qazaxıstan mətbuatı Balayevin "Tobol"dan bu qış gedəcəyini iddia edir. Lakin Emilin komandasını dəyişmək istəməsinə yeni baş məşqçinin erməni olmasının təsir etmədiyi qənaətindədirlər.

Sportinfo.az-a daxil olan informasiyaya görə, artıq AFFA da millinin "1 nömrə"sinə çevrilən Emilin gələcək karyerasından narahatdır. Daha doğrusu, federasiya onun karyerasını normal bir klubda davam etdirməsini istəyir. AFFA rəsmiləri qapıçı ilə məhz bu istiqamətdə görüşüb, dəstəyini bildirib. Federasiyadan qolkiperə lazım olan köməkliyin göstəriləcəyi deyilib, artıq onun Türkiyə və Portuqaliya klublarına təklif edildiyi diqqətinə çatdırılıb. Toyuqlu pizza

Gənc qapıçının hansı klublara təklif edildiyi bizə də məlumdur. AFFA Superliqanın 4 klubu ilə təmas qurub. Bunlar "Trabzonspor", "Antalyaspor", "Ankaragücü" və "Kayserispor"dur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!