Emil Səfərov “Neftçi”də

saytların hazırlanması

Evə çatdırılma

Emil Səfərov “Neftçi”də

İdman

29 İyun 2024 21:28 1404


2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir transferini rəsmiləşdirib.

Yenisabah.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində 4 oyuna çıxıb. Dördpendirli pizza

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!