Emin bir daha “Crocus”dakı faciədən yazdı:   “Yanğından sonra 6 minə yaxın insan...”

saytların hazırlanması

Evə çatdırılma

Emin bir daha “Crocus”dakı faciədən yazdı: “Yanğından sonra 6 minə yaxın insan...”

Şou

25 Mart 2024 23:08 1000


“Terror hadisəsi baş verən andan bu günə qədər biz də bu zalı inşa edən insanlar kimi fasiləsiz faciə yerində işləyirik. Bütün xidmətlərə: Fövqəladə Hallar Nazirliyinə, yanğınsöndürənlərə, xilasedicilərə kömək edirik. Bu, bizim birinci prioritetimizdir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov instaqramda yazıb.

O, atası Araz Ağalarovun sahibi olduğu “Crocus Citt Hall”dakı terraktdan sonra baş verənlərdən söz açıb: Toyuqlu pizza

“Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı və yanğından sonra 6 minə yaxın insan xəsarət almadı. Bu, əməkdaşlarımızın və bütün yanğınsöndürmə sisteminin mümkün qədər səmərəli işlədiyini göstərir. Biz zərərçəkənlərə və həlak olanların ailələrinə yardım göstəririk. Bunu mütləq davam etdirəcəyik və Müslüm Maqomayev Fondu cəlb olunacaq. Bu terror aktında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!