Emin Əmrullayev özünə daha bir müşavir təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev özünə daha bir müşavir təyin etdi

Siyasət

19 Avqust 2020 15:38 1297


Təhsil naziri Emin Əmrullayev daha bir müşavir təyinatı ilə bağlı əmr imzalayıb. 

Yenisabah.az-ın "Report"a istinadən məlumatına görə, nazirin əmri ilə bu vəzifəyə Rüstəm Ağayev təyin olunub.

Bununla da, E.Əmrullayevin müşavirlərinin sayı artıb. pizza hut

Daha əvvəl Simuzər Feyzullayeva da Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, R.Ağayev 2003-cü ildə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasında Pediatriya ixtisası üzrə təhsil alıb, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. O, 2017-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təlimə Dəstək Mərkəzinin direktor müavini, 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müşaviri, 10 iyul 2020-ci il tarixindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!