Emin Əmrullayev Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşdü - Fotolar

Siyasət

20 Oktyabr 2025 22:59 324


Oktyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar bu il Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuş tələbələrlə görüşüblər.

Yenisabah.az xəbər verir ki, bu bardə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə TAU-nun tərəfdaş universitetləri olan Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU), Hacettepe Universiteti (HU) və Azərbaycan Texniki Universitetinin (AzTU) rektorları da iştirak ediblər. pizza

Görüş zamanı ali təhsil müəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində, həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayev tələbələrin dərsləri ilə maraqlanıb, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub.

Dünyanın ilk “çətir universitet” modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTU, sənaye mühəndisliyi – İTU, qida mühəndisliyi – HU) uyğun olaraq ingilis dilində aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!