Emin Mahmudov azarkeşlərdən üzr istədi - “Çox utanıram”

saytların hazırlanması

Evə çatdırılma

Emin Mahmudov azarkeşlərdən üzr istədi - “Çox utanıram”

İdman

28 May 2024 09:52 748


"Neftçi"nin kapitanı Emin Mahmudov  uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib. 

Yenisabah.az xəbər verir ki, o, İnstaqram səhifəsindəki paylaşımında bu barədə yazıb: 

"Dəyərli "Neftçi" azarkeşləri! Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. "Neftçi" ailəsinin kapitanı olaraq sizə, bunları yaşatdığımıza görə üzr istəyirəm!"  pizza mizza

Xatırladaq ki, "Neftçi" mövsümü 56 xalla 5-ci pillədə başa vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!