Emin Mahmudov Kilian Mbappeni qabaqladı

saytların hazırlanması

Evə çatdırılma

Emin Mahmudov Kilian Mbappeni qabaqladı

İdman

21 Noyabr 2023 23:37 1168


Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AVRO-2024-ün seçmə mərhələsinin doqquzuncu turunun ən yaxşı qolu seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən məlum olub. 

Qeyd edək ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Dominos pizza

Fransa millisinin Cəbəllütariq yığması ilə matçda Kilian Mbappenin uzaq məsafədən vurduğu qol isə 2-ci seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!