Emin Mahmudov Qurban Qurbanovun 21 illik rekordunu yenilədi

saytların hazırlanması

Evə çatdırılma

Emin Mahmudov Qurban Qurbanovun 21 illik rekordunu yenilədi

İdman

09 Sentyabr 2025 21:53 464


Azərbaycan millisində 15-ci qolunu vuran Emin Mahmudov Qurban Qurbanovun 14 qolluq göstəricisini geridə qoyaraq adını tarixə yazdırıb.

Yenisabah.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub. O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.

"Qarabağ"ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Sezar pizza

Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15-ci qolunu vurub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!