Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

İdman

19 Oktyabr 2022 16:55 1141


Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər. 

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Harts" klubunun maraq dairəsinə düşüb.

Təcrübəli oyunçu Edinburq təmsilçisinin orta xəttindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biri hesab olunur. pizza sifarişi

Qeyd edək ki, Rusiya futbolunun yetirməsi olan Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisində, 2017-ci ildən isə "Neftçi"də çıxış edir. O, daha əvvəl Rusiyada "Saturn", Moskva "Spartak"ı, "Krılya Sovetov" və Portuqaliyada "Boavişta" kimi klubların formasını geyinib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!