Emin Mahmudov Şotlandiya klubuna transfer oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Emin Mahmudov Şotlandiya klubuna transfer oluna bilər

İdman

20 Oktyabr 2022 02:00 1523


"Neftçi"nin futbolçusu Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Rekord" məlumat yayıb.

Bildirilib ki, "Harts" millimizin üzvü ilə maraqlanır. Gələn yay Bakı təmsilçisi ilə müqaviləsi başa çatan oyunçunun "Harts"da orta xəttdə problemləri aradan qaldıra biləcək yarımmüdafiəçi ola biləcəyi vurğulanıb. Dominos pizza

Xəbərdə E.Mahmudovun 2021-ci ildə Azərbaycanda ilin ən yaxşı oyunçusu seçildiyi xatırladılıb.

Qeyd edək ki, "Harts" Şotlandiya Premyer Liqasında hazırda 14 xalla 7-ci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!