“Emin Mahmudovun qolu çox yaxşı idi” - İsveç millisinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Emin Mahmudovun qolu çox yaxşı idi” - İsveç millisinin baş məşqçisi

İdman

16 Noyabr 2023 23:41 944


"Qapımızda gördüyümüz üçüncü qol çox yaxşı idi. Rəqibi təbrik edirəm".

Yenisabah.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yanne Andersson Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis Azərbaycan komandasının yaxşı kollektiv olduğunu vurğulayıb: "Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdılar. Onlar qələbəyə layiq idilər. Mən isə məyusam". Marqarita pizza

Qeyd edək ki, Skandinaviya təmsilçisinin qapısından üçüncü qolu Emin Mahmudov keçirib. Yarımmüdafiəçi uzaq məsafədən fərqlənib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!