Emin mərkəzini müvəqqəti xəstəxanaya çevirir

saytların hazırlanması

Evə çatdırılma

Emin mərkəzini müvəqqəti xəstəxanaya çevirir

Şou

29 Aprel 2020 13:10 722


Xalq artisti Emin Ağalarov sahibi olduğu “Crocus Expo”nu müvəqqəti xəstəxanaya çevirmək qərarına gəlib.

Mərkəz koronavirus (COVID- 19) pandemiyasına yoluxan xəstələri müalicə üçün nəzərdə tutulub. 

Hazırda məkana 1, 5 min çarpayının yerləşdirilməsi planlaşdırılıb. Mövzu barədə E. Ağalarov “RİA Novosti”yə açıqlama verib. Sezar pizza

“Məlumat doğrudur, qarşımıza belə bir vəzifə qoymuşuk. Hazırda aktiv şəkildə çalışırıq. Hər şeyin tam hazır olma tarixi barədə məlumat verə bilmərəm, amma iş sürətlə başa çatacaq”,- deyə Emin bildirib.

Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Patriot Park” və “Crocus Expo”da xəstəxana açılacağını açıqlamışdı. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!