“Emin Millinin son sözlərində absurd məqamlar var, amma…” –   REAL-ın icraçı katibi

saytların hazırlanması

Evə çatdırılma

“Emin Millinin son sözlərində absurd məqamlar var, amma…” – REAL-ın icraçı katibi

Siyasət

17 May 2019 12:35 1260


“Emin Milli siyasətçi deyil, siyasi ambisiyası yoxdur, seçkilərə qatılmaq istəmir, vəzifə tutmaqda marağı yoxdur. Çox bacarıqlı menecerdir, son illərin ən uğurlu media layihəsinin təməlini qoydu və inkişaf etdirdi. Onun fikirlərini “satqınlıq” kimi dəyərləndirən dar düşünən kütlə var, amma izah edə bilmirlər ki, Emin kimi satıb? Kimə satıb? Nə satıb? Ümumiyyətlə “satqınlıq” mövzusundan çox danışanların böyük əksəriyyəti hakimiyyətlə dəfələrlə alverə, anlaşmaya gedən insanlardır. Özləri elədirlər deyə, başqalarına da o gözlə baxırlar”.

“Yeni Sabah”ın məlumatına görə, bunu REAL-ın icraçı katibi Natiq Cəfərli  vurğulayıb ki, jurnalistika tərəfsiz olmalı, hökumətdə də, müxalifətdə də öz mənbələri, xəbər ala biləcək adamları olmalıdır:

“Hüquq müdafiəçiləri də tərəfsiz olmalı, hökumətin müxtəlif qurumları ilə işləməli, vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı real nəticələr əldə etməlidirlər.  Bizdə bu absurd sistem (sistem deyərkən bütün oyunçuları nəzərdə tuturam) hər şeyi tərsinə çevirib, şübhə toxumları əkib, biçib, cəmiyyətə “yedizdiriblər”. Siyasətçilər də bu oyuna düşüb, bu sistemin qaydalarına uyublar. Biz siyasətçi olaraq müxtəlif beynəlxalq tədbirlərdə torpaqlarımızı işğal edən ölkənin – Ermənistanın siyasətçiləri ilə görüşüb müzakirələr aparırıq, bu normal təcrübədir, amma kimsə Azərbaycan hökumətin nümayəndəsi ilə açıq şəkildə (bir daha: Açıq şəkildə, bu günə qədər başqalarının gizli sövdələşmələrini nəzərdə tutmuranm) görüşüb-danışsa, ona vedrə bağlamağa hazırıq - bu absurddur, nonsensdir, belə siyasət olmaz”. Dördpendirli pizza

N.Cəfərli qeyd edib ki, siyasi satqınlığın iki növü ola bilər:

“Ya öz siyasi təşkilatını, partiyanı satıb hökumətin (və ya digər siyasi partiyanın) tərəfinə keçirsən (bu gün fəaliyyət göstərən siyasi partiyaların hamısında zaman-zaman bu olub, indi müxalif partiya kimi fəaliyyət göstərən qurum var ki, sədrinin 9 müavini müxtəlif zamanlarda hökumət tərəfinə keçib, bu da həmin şəxsdə və partiyada ciddi kompekslər doğurub). Ya da öz əqidənə, dəyərlərinə xəyanət edirsən – başqa cür siyasi satqınlıq olmur. Birinci məsələdə kimisə siyasi satqınlıqda öz partiyası və təşkilatı ittiham edə bilər, ikinci halda isə ictimai qınağa tuş gələ bilər. Amma bu siyasətçilərə aid olan məsələdir, siyasi ambisiyası olanlara şamil edilməlidir. 

Emin Millinin son sözlərində təzadlar, boşluqlar, hətta absurd məqamlar var, amma adam fikir bildirib, müzakirə açıb, diskussiyaya dəvət edib, arqumentli müzakirələr əvəzinə siyasi fəaliyyətlərində dəfələrlə satılmış, hakimiyyətlə sövdələşmiş, bağlı qapılar arxasında anlaşmış adamlar onu topa tutmaqla məşğuldurlar. Bəlkə əks-arqumentlər gətirəsiz, bəlkə diskussiya etməyi öyrənəsiz? Bəlkə dünyanı ağ-qara görməkdən vaz keçəsiz? Əlinizdə çəkicdən başqa heç nə yoxdur deyə ətrafda hər şeyi mismar kimi görürsünüz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!