“Əminəm ki, bu müddət uzun çəkməyəcək“ - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Əminəm ki, bu müddət uzun çəkməyəcək“ - Ceyhun Bayramov

Sosial

10 Mart 2020 22:42 470


Təhsil naziri Ceyhun Bayramov koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasından bəhs edən məlumatlarla bağlı vətəndaşlara müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, nazir bu barədə AzTV-nin efirində çıxışı zamanı bildirib.

C.Bayramov müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib: Dördpendirli pizza

"Əfsuslar olsun ki, son zamanlar bu vəziyyətlə bağlı olaraq mənbəyi bəlli olmayan, xüsusilə sosial şəbəkələrdə bəzi məlumatlar yayımlanır. Ona görə də insanlara daha diqqətli olmağı və yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edirəm.

Əminəm ki, bu müddət uzun çəkməyəcək. Biz - bu müddət ərzində maksimum şəkildə hər kəs öz vəzifəsini düzgün yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddət ərzində tam nəzarətə alınması və problemin tam həll olunması istiqamətində öz töhfəmizi verə bilərik".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!