“İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü təsdiqləndi”.
Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Nazirin sözlərinə görə, ölkəsinin ŞƏT daimi üzvlüyü sənədi liderlər tərəfindən təsdiq edilib. Marqarita pizza
Xarici işlər naziri “Twitter” səhifəsində yazıb: "Tam məmnuniyyətlə İran İslam Respublikasının Düşənbədəki Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü sənədi ölkə Prezidentinin iştirakı ilə liderlər tərəfindən təsdiq edildi. Bu strateji üzvlük İran ilə qonşuluq və Asiya yönümlü siyasət istiqamətində hərtərəfli əməkdaşlıq prosesinə əhəmiyyətli təsir göstərir”.
Telegram kanalımız