Əmisi oğlunu bıçaqlayan futbolçu ilə bağlı son qərar 

saytların hazırlanması

Evə çatdırılma

Əmisi oğlunu bıçaqlayan futbolçu ilə bağlı son qərar 

İdman

07 Fevral 2024 14:39 721


Moskva "Spartak"ının hücumçusu Kuinsi Promes bıçaqladığı əmisi oğluna təzminat ödəyəcək. 

QOL.az xəbər verir ki, bu barədə Amsterdam Apellyasiya Məhkəməsi qərar verib. 

Promesin əmisi oğluna ödəyəcəyi məbləğ hələlik müəyyən edilməyib. Lakin zərər çəkənin vəkili Yehudi Moşkoviç böyük məbləğdə pul tələb edəcəklərin bildirib.  Dördpendirli pizza

Vurğulanır ki, Promes ona qarşı irəli sürülən bütün ittihamları rədd etdiyi üçün futbolçunun məhkəmə qərarını yerinə yetirməsi və pul təzminatı ödəməsi çətin görünür. 

Ötən ilin iyun ayında isə Promes haqqında 18 aylıq həbs qərarı verilmişdi. Lakin futbolçu buna görə apellyasiya şikayəti vermişdi. Nəticədə proses maliyyələşdirilib. 

Xatırladaq ki, iddiaya görə, Promes 2020-ci ildə baş tutan şənlik zamanı əmisi oğlunu bıçaqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!