Emmanuel Makron İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Emmanuel Makron İlham Əliyevə zəng etdi

Siyasət

30 Yanvar 2020 07:55 1077


Fransa Respublikasının Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilir ki, söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb. pizza sifarişi

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!