Emre Belözoğlu bir illik maaşını bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Emre Belözoğlu bir illik maaşını bağışladı

İdman

16 Fevral 2023 14:52 873


"Başakşehir"in baş məşqçisi Emre Belözoğlu Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olub. 

Yenisabah.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Türkiyə Tek Yürek" kampaniyasına qoşulub. 

Kampaniya çərçivəsində Superliqada mübarizə aparan 4 böyük klubun prezidentləri Dursun Özbek ("Qalatasaray"), Ahmet Nur Çebi ("Beşiktaş"), Ali Koç ("Fənərbaxça") və Ahmet Ağaoğlu ("Trabzonspor") zəlzələdən zərəçəkənlər üçün hazırlamış proqramda canlı yayımda yardım toplayıblar. Dördpendirli pizza

Aksiyaya qoşulanlar arasında Emre Belözoğlu da var. O, "Hall Siti"nin prezidenti Acun Ilıcalı vasitəsi ilə bu mövsüm üçün aldığı maaşın hamısını kampaniyaya bağışladığını açıqlayıb. Ilıcalı canlı yayımda "Emre Belözoğlu bumövsümkü bütün maaşını zəlzələ bölgələrində zərərçəkənlər üçün xərcləyəcəyini bildirib" - deyə qeyd edib. 

Qeyd edək ki, "Türkiyə Tek Yürek" proqramında təxminən 2 saatlıq müddətdə 100 milyard Türk lirəsindən çox yardım toplanıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!