Əmrə Bəlözoğlu vida məktubu ilə karyerasını bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Əmrə Bəlözoğlu vida məktubu ilə karyerasını bitirdi

İdman

15 Avqust 2020 14:57 1220


Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Əmrə Bəlözoğlu karyerasını başa vurub.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi məlumat verib.

"Qalatasaray"ın yetirməsi vida məktubu yazaraq yaşıl meydanla vidalaşıb: "Çətin qərar olsa da, həyatın həqiqətlərini başa düşürəm. Hər bir vida yeni başlanğıca vəsilədir. Futbola töhfə verməkdə davam edəcəyəm". pizza hut

Bəlözoğlu bundan sonra "Fənərbaxça"nın idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, karyerasına "Qalatasaray"da başlayan Əmrə Bəlözoğlu "İnter", "Nyukasl", "Fənərbaxça", "Atletiko" və "Başakşəhər"in formasını geyinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!