Emre zəlzələdən sonra futbolla vidalaşdı - “Sevdiklərimlə zaman keçirəcəyəm“

saytların hazırlanması

Evə çatdırılma

Emre zəlzələdən sonra futbolla vidalaşdı - “Sevdiklərimlə zaman keçirəcəyəm“

İdman

13 Fevral 2023 15:56 867


Türkiyə millisinin sabiq üzvü Emre Çolak ölkədə baş verən güclü zəlzələnin nəticələrindən təsirlənərək karyerasını başa vurub. 

Qol.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında məlumat yayıb. Emre Çolak ailəsinə, sevdiklərinə daha çox vaxt ayırmaq istədiyi üçün belə addım atdığını bildirib: "Futbolla vidalaşdım. Üzərimdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sona ailəmin xoşbəxtliyi üçün yaşayacağam. Ölüm var, sevdiklərinizlə zaman keçirin". 

E.Çolak 2012-2017-ci illərdə Türkiyə millisinin formasını geyinib. O ötən ay İspaniyanın 3-cü liqa təmsilçisi "İntersiti" ilə müqavilə bağlamışdı.  Dördpendirli pizza

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!