Emreli “Legiya“ ilə yollarını ayırır

saytların hazırlanması

Evə çatdırılma

Emreli “Legiya“ ilə yollarını ayırır

İdman

04 Yanvar 2022 17:04 1356


Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”ya məktub göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədəjurnalist Eugenio Qonzales Aqilera məlumat yayıb.

O, Tvitter vasitəsilə 25 yaşlı forvardın Varşava təmsilçisi ilə müqaviləsinə xitam vermək niyyətində olduğunu bildirib. Deməli, Emreli komandanın Dubaydakı təlim-məşq toplanışına qatılmayacaq. pizza sifarişi

Jurnalistin iddiasına görə, Mahirin vəkilləri kluba məktub göndərərək, sözləşməni ləğv etmək üçün prosedura başlayacaqlarını yazıblar.

ABŞ-dan olan vəkillərin klubla danışığı uğursuz nəticələnsə, o zaman tərəflərin məsələsinə məhkəmədə aydınlıq gələcək.

Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!