Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 4-cü tur oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, Ante Çaçiçin baş məşqçisi olduğu komanda səfərdə "Varazdin"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
M.Emreli sözügedən görüşdə iştirak edib. Zədəsini yeni sağaldan hücumçu 46-cı dəqiqədə meydana daxil olub. pizza hut
"Dinamo" hazırda 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Telegram kanalımız