Emrelinin oyunu Klozeni qane etmədi

saytların hazırlanması

Evə çatdırılma

Emrelinin oyunu Klozeni qane etmədi

İdman

05 Noyabr 2024 11:57 630


“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında növbəti dəfə danışıb.

Yenisabah.az Bild-ə istinadla xəbər verir ki, o, 27 yaşlı forvardın 2-ci Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdəki oyununu dəyərləndirib.

Mahir bu qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Buna baxmayaraq, Kloze Emrelinin oyunundan razı qalmayıb:  Pepperoni pizza

"Məncə, Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkət etmədi. Mahir lazımi səviyyədə çevik deyildi".

Mahir Emreli bu ilin avqust ayında "Nürnberq"ə keçib. O, komandada 7 oyuna çıxıb və 4 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!