Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında partlayış baş verib. Partlayış Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehi öldürmək məqsədilə törədilib.
Yenisabah.az bildirir ki, bu barədə məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.
Məlumata görə, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var. pizza mizza
Bildirilir ki, sui-qəsd cəhdləri boşa çıxıb, birinci vitse-prezident sağdır.
Telegram kanalımız