Ən bahalı futbolçu kimdir? – Ronaldo siyahıda yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Ən bahalı futbolçu kimdir? – Ronaldo siyahıda yoxdur

İdman

07 Yanvar 2020 12:28 916


Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının siyahısını hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, siyahıya PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. Futbolçunun transfer qiyməti 265.2 milyon avro təşkil edir. 

“Mançester Siti”dən Rahim Sterlinq 223.7 milyon avro ilə 2-ci, “Liverpul”dan Məhəmməd Salah 175,1 milyon avro ilə 3-cü sırada qərarlaşıb.  Toyuqlu pizza

Qeyd edək ki, futbolçuların dəyəri yaş, oynadıqları liqa və bəzi statistikalara əsasən hesablanıb.

Dünyanın ən dəyərli 10 futbolçusunun siyahısını təqdim edirik:

 

1.Kilian Mbappe (PSJ) - 265.2 milyon avro

2.Rahem Sterlinq ("Mançester Siti") - 223.7 milyon

3. Məhəmməd Salah ("Liverpul") - 175.1 milyon

4. Yadon Sanço ("Borussiya" Dormund) - 168.9 milyon

5. Sadio Mane ("Liverpul") - 155.6 milyon

6. Harri Keyn ("Tottenhem") - 150.5 milyon

7. Markus Reşford ("Mançester Yunayted) - 134.3 milyon

8. Lionel Messi ("Barselona") - 125.5 milyon

9. Antuan Qrizmann ("Barselona") - 123.6 milyon

10. Lautaro Martines ("İnter") - 115.7 milyon

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!