“Təkcə futbolda deyil, digər sahələrdə də uğur qazana bilmirik. Guya hansı sənətçimiz Azərbaycandan kənarda tanınır və sevilir? Müğənnilərimizin ən böyük arzusu nədir? Toy tutmaq!”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Sabaha saxlamayaq” verilişində deyib. Deputat Azərbaycanda sənət adamları arasında sağlam rəqabət mühitinin olmamasından gileylənib. Onun sözlərinə görə, bu hal Azərbaycan ifaçılarının Avropaya çıxışını əngəlləyir:
“5-10 manat qazanan kimi xoşbəxt olurlar. Təbii ki, həmin pulu toylardan qazanırlar. Buna görə də öz repertuarlarını toy üzərində qururlar. Toy mahnıları ilə Avropaya çıxmaq olar?!”. Toyuqlu pizza
V.İskəndərov Azərbaycanda futbolçuların da müğənnilər kimi davrandığını deyib:
“Futbolçularımızın heç biri Avropada oynamaq, böyük klubların formasını geyinmək barədə düşünmür. Azərbaycanda aldıqları maaş onlara bəs edir. Əlbəttə, burdakı maaşları yüksəkdir, sıravi insanlardan 100 dəfə çox qazanırlar. Avropa klublarında oynamadıqları və yaxud oynamaq istəmədikləri üçün təcrübələri azdır. Buna görə də yığma komandamız beynəlxalq turnirlərdə ciddi uğur əldə edə bilmir”.
Əsmətxanım
Telegram kanalımız