Ən böyük bayrağımızın dirəyi hazırdır – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ən böyük bayrağımızın dirəyi hazırdır – Fotolar

Sosial

20 May 2023 12:03 9633


Dövlət Bayrağı Meydanında ucaldılacaq Azərbaycan Bayrağının yeni dirəyi artıq hazırdır.

“Yeni Sabah” xəbər verir ki, daha möhkəm materialdan hazırlanmış yeni dirək hissələr halında meydan ərazisinə gətirilib. Yaxın günlərdə dirəyin ucaldılacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu ildə Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib. Əvvəlki dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr, qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın kütləsi isə təqribən 350 kiloqram təşkil edirdi. Sezar pizza

Yeni dirəyin hündürlüyü haqda hələlik hər hansı məlumat yoxdur.

2018-ci ildə Bayraq meydanın sökülməsi prosesi başlayıb və təmir, yenidənqurma işləri bu günə qədər davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!