Nüfuzlu “FourFourTwo” nəşri futbolda ən çox nifrət edilən insanların siyahısını açıqlayıb.
Yenisabah.az xəbə verir ki, sıralamaya “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coi Barton başçılıq edir. Məqalədə onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətləri etdiyi bildirilir.
İkinci yerdə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdir. Onun rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı yaşanıb. İlk "üçlüy"ü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb. Pepperoni pizza
10-luğa həmçinin Kriştiano Ronaldo, Luis Suares və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo da daxil olub.
Sıralama belədir:
1. Joe Barton.
2. Yozef Blatter.
3. Harald Şumaxer.
4. Mişel Platini.
5. El Hacı Diuf.
6. Con Terri.
7. Kriştiano Ronaldo.
8. Luis Suarez.
9. Piet Vinkelman.
10. Joze Mourinyo
Telegram kanalımız