Astrologiyada həddindən artıq emosionallığı ilə diqqət çəkən bürclər var.
Bəs onlar hansılardır?
Yenisabah.az ən emosional, duyğusal bürcləri təqdim edir: pizza sifarişi
ƏKİZLƏR
Əkizlər bürcü insanları hər şey yolunda getməyəndə çox müdafiəyə qalxırlar. Onlar öz emosiyalarını cilovlaya bilmirlər və hətta hər kəsə öz problemlərini danışarlar.
XƏRÇƏNG
Xərçənglər son dərəcə emosionaldırlar, “sulugözdürlər”. Bu səbəbdən qərar verməkdə çox çətinlik çəkirlər.
Xərçənglərin hissiyyatı çox güclüdür və hisslərini azacıq da olsa ifadə etməkdən çəkinmirlər. Ananın uşaqlarına qayğı göstərdiyi kimi, başqalarına da qayğı göstərirlər.
QIZ
Qız bürcləri duyğularını göstərməsələr də, həddindən artıq həssas bürclər sırasındadırlar. Hər duyğunu dərindən hiss edirlər.
Hisslərini bölüşməkdə çox həvəsli olmasalar da, sevdikləri insanlara ürəklərini aça bilirlər.
TƏRƏZİ
Tərəzilər qərar verməkdə ciddi çətinliklərlə üzləşirlər. Onlar emosiyalarından çox təsirlənirlər.
Qərar verməli olduqları zaman həssas olurlar. Tərəzi özünü belə hallarda çıxılmaz vəziyyətdə hiss edir. Duyğularını cilovlaya bilmədiyi üçün məntiqlə hərəkət etmək çətinləşir.
BALIQLAR
Onlar başqaları üçün çox dərin hisslər hiss edən həssas və qayğıkeş insanlardır. Dostlarına və ailələrinə çox dəyər verirlər və başlarına bir şey gəlsə, bunun necə olacağını təsəvvür edə bilmirlər.
Qoç, buğa, şir, əqrəb, oxatan, oğlaq və dolça emosiyalara gəldikdə tarazlığı qoruyur. Demək olar ki, emosional deyillər və aydın qərarlar qəbul edə bilirlər./Bakupost.az
Telegram kanalımız