Ən gərgin dairədə durum necədir?

saytların hazırlanması

Evə çatdırılma

Ən gərgin dairədə durum necədir?

Siyasət

09 Fevral 2020 19:44 8695


Bu gün Azərbaycanda keçirilmiş parlament seçkilərində "İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondu ilə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun birgə və ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatı apardıqları "exit-poll"un nəticələrini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, ölkə üzrə ən gərgin hesab olunan 60 saylı Salyan-Neftçala seçki dairəsində aparılan sorğunun nəticələrinə görə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qalib gəlib. O, İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondu ilə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun birgə apardığı sorğuya görə 50.2 faiz, “Artur J.Finkelstein and Associates” təşkilatının apardığı sorğuya görə isə 49.3 faiz səslə qalib gəlib.

Bildirək ki, bir neçə gün əvvəl həmin dairədən namizəd Kamil Musəvi ilə F. Ağamalı arasında qarşıdurma baş vermişdi. pizza

Bundan sonra asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçmiş, bu məqsədlə nazirliyin Çevik Polis Alayı rayona yerləşdirilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!