Çox adam deyir ki, xoşbəxtlik pulda deyil. Buna baxmayaraq, hər cəmiyyətdə pulgir insanlar var. Onlar həyatın mənasını məhz pulda görürlər.
Yenisabah.az xəbər verir ki, astroloqlar ən pulgir bürcləri müəyyən ediblər.
Bu 4 bürc pulu həyatın mənası olaraq görürlər: pizza hut
Qoç
Paxıl deyillər, amma pulu çox sevirlər. Maddi vəsaitə uğur ölçüsü kimi baxırlar. Özlərini düzgün qiymətləndirdikləri üçün bunun layiqli qarşılığını istəyirlər. Məqsədə çatmaq üçün Qoçların inadkarlığı yetərlidir.
Buğa
Buğaların pulu sevməyi də, mövcud vəsaiti artırmaq bacarığı da daha yüksəkdir. Xəsis deyillər, amma qənaətcildirlər. Buğalar bədxərclik etmirlər. Buğalar arasında pula görə çox şeyə risk edənlər də var.
Qız
Qızlar ən pulgir bürclərdəndir. Bəlkə də ən uzun ömürlü eşqləri pul sevgisidir. İstəyə görə daşdan da pul çıxardarlar. Xüsusi istedadları ondan ibarətdir ki, pul yatırdıqları sahənin qiyməti artır, yaxud aldıqları məhsulu daha baha qiymətə sata bilirlər.
Əqrəb
Onların pul sevgisi sağlam eqoizmlə bağlıdır. Xırda məsrəflərdə paxıllıq etmirlər. Onlar lazımsız xərclərdən qorunurlar. Sevdikləri insana hədiyyə alanda belə, daha artığının qayıdacağını planlaşdırırlar.
Telegram kanalımız