Ən qəddar karantinlər: Onları odda yandırırdılar...

saytların hazırlanması

Evə çatdırılma

Ən qəddar karantinlər: Onları odda yandırırdılar...

Sağlamlıq

31 Mart 2020 18:49 1355


Azərbaycan Respublikasının Milli Məclisinin sonuncu iclasında bir sıra deputatlar karantin rejimi haqqında qanunun qəbul edilməsinin zəruriliyini vurğulayaraq buna hüquqi anlayış verilməsini və hüquqi baza yaradılmasını təklif etmişlər. Hesab edirəm ki, virusun qlobal təhlükəsi artığından və mart ayının 29-dan etibarən Xüsusi karantin rejimi gücləndirildiyindən belə bir qanunun qəbul edilməsi zəruridir.

Karantinin xüsusi, gücləndirilmiş rejimi tətbiq edilməsinə baxmayaraq müşahidə etdiklərim onu deməyə əsas verir ki, cəmiyyətdə bu birmənalı qarşılanmır. Rejim qaydalarına riayət etməyən, baş verənlərə bir qədər məsuliyyətsiz yanaşanlar, günlərini sıradan bir gün kimi keçirənlər çoxluq təşkil edir. Hesab edirəm ki, ictimaiyyətdə bununla bağlı müəyyən maarifləndirmə işləri aparılmalı, karantin rejiminin tələblərini zərurət olmadığı halda pozan şəxslər barəsində görülmüş tədbirlər ictimailəşdirilməlidir.

Karantin nədir?  Karantin - müəyyən təcridetmə tədirlərinin görülməsi deməkdir. Marqarita pizza

Karantin sözünün kökü italyancadan gəlir və “40” mənasını verir. Bu söz ilk dəfə XVI əsrdə Venesiyada tətbiq edilib. Belə ki, həmin dövrdə Venesiyada əsas gəlir mənbəyi dəniz ticarəti olmuşdur. Bu səbəbdən ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş və başqa ölkədən gələnlərin xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti tərəfindən gəmilər 40 gün şəhər ətrafında saxlanılırmış. Bundan sonra Aralıq və Adriatik dəniz sahili şəhərlərdə də tətbiq edilməyə başlanmışdır. Bundan başqa baş almış “qara ölüm” - vəba xəstəliyinin qarşısının alınması üçün karantin tədbirləri daha müəyyən bir xarakter almışdır. Karantin normalarını pozmağın cəza üsulları son dərəcə qəddarlaşdırılmışdır. Məsələn, Cenevrədə qayda pozanlar yandırılmış və 1629-cu ildə Digne-les-Bains şəhərində sakinlərə ölüm acısı altında şəhəri tərk etmək qadağan edilmişdir. Rusiyada ilk dəfə 1712-ci ildə infeksion xəstəlik səbəbindən karantin haqqında ümumi bir təlimat yayımlanmışdır. 

Karantin-infeksion xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantinin məqsədi zədələnmə ocağını tam təcrid etmək və xəstəliyi aradan qaldırmaqdır. Rejimli tədbirlərə aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini kiçik qruplara bölmək, komendant xidməti yaratmaq, əraziyə giriş və çıxışı qadağan etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağan qoymaq, otağın içərisində hərəkəti məhdudlaşdırmaq və s. Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər dayandırılır, tədris müəssisələrində dərslər dayandırlır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanılır, insanlar profilaktik sanitariya təmizlənməsindən keçirilir, giriş – çıxış məhdudlaşdırılır, infeksion xəstələrin müəyyən edilməsi, təcrid edilməsi və qospitalizasiyası edilir, təcili profilaktik tədbirlər görülür və sanitar – gigiyenik və epidemiya əleyhinə tədbirlər gücləndirilir, əhaliyə zərurət olmadığı halda evdən çıxmaq qadağan edilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hər birimizi ölkəmizdə ciddi karantin rejiminində göstərilən tələblərə əməl etməyə cağırıram və özünüzün, sizə doğma olan insanların, cəmiyyətimizin sağlamlığını düşünməyinizi xahiş edirəm.

Hazır olaq, evdə qalaq, yoluxdurmayaq.  

Nicat Nağıyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!