Ən sərt karantin tətbiqi mümkündürmü? – Deputat

saytların hazırlanması

Evə çatdırılma

Ən sərt karantin tətbiqi mümkündürmü? – Deputat

Siyasət

01 İyul 2020 09:27 1059


Milli Məclisin deputatı Fəzail Ağamalı qaydalara riayət edilmədiyi üçün karantin rejiminin daha da sərtləşdirilməli olduğunu deyib. O, mövcud SMS-icazənin ləğv edilib, ən sərt karantin rejiminə keçilməsini təklif edib.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Fazil Mustafa deyib ki, sərt karantin rejimi tətbiq edilsə, yoluxma sayı xeyli azalar:

“Lakin hazırda bunu etmək mümkün deyil. Çünki sərt karantin rejiminin tətbiq edilməsi insanların iş yerləri ilə bağlı problemin yenidən yaranmasına gətirib çıxaracaq. Məhdudlaşmaya getmək mümkündür, amma ən sərt karantin rejiminə keçmək hazırda heç də doğru qərar olmazdı”. Toyuqlu pizza

F.Mustafa vurğulayıb ki, mövcud şəraitdə vətəndaşların qoruyucu vasitələrdən istifadə edib, sosial məsafəni gözləmələri vacibdir:

“Artıq maska taxmayanlar və karantin rejiminin tələblərini pozanlara qarşı cərimələr sərtləşdirilib. Bununla belə, maska taxmayan, sosial məsafə gözləməyən insanlara cəmiyyətimizdə təzyiqlər olmalıdır. Yəni qadağalardan, cərimələrdən öncə insanlar özləri bir-birilərinə irad bildirməlidirlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!