"525-ci qəzet"in əməkdaşı Türkiyənin tanınmış yazıçısı, musiqiçisi və rejissoru Zülfü Livanelidən müsahibə alıb. Müsahibədə yazıçı keçmiş azərbaycanlı milyarder Telman İsmayılovla bağlı ağlagəlməz açıqlamalar verib. “Yeni Sabah” müsahibin dilindən maraqlı açıqlamaları təqdim edir:
- Praqada, mənim qatılmadığım, ancaq kənardan izlədiyim bir mənzərənin şahidi oldum. Oliqarxlar yığılıb oyun oynayırdılar. Qız içərisində yalnız biri brilliant daşlı həqiqi “Cartier” saatı, 9-u isə saxta olan torba ilə gəlir. Oliqarxlar bəxtini sınayır. Kimin əlinə saxta saat gəlsə, gülürlər, originalı tapan isə təbii ki, milyon dəyəri olan saat qazanır. Sonra “Patek Phlippe” saatı olan torba gətirilir. Gecə boyu bu cür oyunlar davam edir. Ən xırda əyləncələr milyon dollarla başlayır. Telman belə oyunları sevən adamdır!
- Sonra belə bir hadisə oldu. “Mardan Palas” otelinin tikintisi başa çatdı. Məni otelin açılışına dəvət etdi. Açılış mərasiminə çox az türkiyəli qatılmışdı. Əsas üstünlüyü Rusiyadan gələnlər, Hollivud ulduzları və Amerikanın ən tanınmış simaları təşkil edirdilər. Xeyli dəvətli vardı. Aparıcılar Riçard Girlə Şeron Stoun idi. Meri Keri, onun əri Tom Cons və sayları çox olduğu üçün əksəriyyətini unutduğum xeyli insan vardı. İzdihamlı ortam idi. Dolub-daşan yemək masaları, saysız içki növləri, kürülər, balıqlar həddən artıq idi. Dördpendirli pizza
Dəvətlilərdən biri də Monika Belluçi idi. Telmandan soruşdum ki, bütün gələnlərin hamısını anladım, bəs Monika Belluçi nə edəcək? Dedi ki, o da rəhmətlik atamın portretini qaldıracaq. Atasını çox sevirdi. Onun portretini əlində tutmaq üçün Monikanı çağırmışdı. Kim bilir, bu iş üçün ona neçə milyon vermişdi. Elə dediyi kimi də oldu. Ulduzlar səhnəyə çıxdılar, kimi mahnı oxudu, kimi aparıcılıq etdi. Belluçi də Mərdan İsmayılovun portretini əlində tutmuşdu. İki gün konsertlər, yeməklər, şou proqramlar davam etdi.
- İstanbul Harbiye Açıqhava Teatrı xüsusi yerlərdən biridir. Bütün dünya ulduzları orada konsert verir. Fəqət, kulisi həqiqətən də yaxşı deyil. Telman bir sağa baxdı, bir sola baxdı, ətrafa göz gəzdirdi, başdan ayağa süzdükdən sonra belə dedi: “Sizin yaxşı yeriniz buradır? Çox köhnədir. İcazə verin mən buraları təmir etdirim, yeniləyim”.
- İlk tanış olduğumuz gün mənə dedi ki, ən bahalı konyak olan “Hennesy XO” içir. Təsəvvür edin, su içmir, sadəcə onu içirdi. Təyyarəsində bir manqal vardı, o manqal getdiyi hər yerə enirdi, Azərbaycandan gələn ətlər, quyruqlar onun üzərində qızardılırdı, ondan yeyir, “XO”dan içirdi. Başqa heç nə yox. Adamları da “Hennesy XO” içmək məcburiyyətində idi. Özü də su bardağı ilə içirdilər.
- Hər şey əla idi. Birdən bizim almaniyalı operatora dedi ki, sizin bir fotoaparat istehsalçısı olan firmanız var, “Lika”mı, nə deyirsiniz? Operator, hə, dedi, “Like” firmasıdır. Telman təsdiqlədi: “Hə, o” dedi!
Bizim operator Piter zənn edir ki, kamera alacaq, o da bu işin peşəkarı olduğu üçün ondan məsləhət istəyir və əlavə edir: “Hə, çox keyfiyyətli kameraları var, əla firmadır. Tövsiyə edirəm. Oradan məhsul alsanız, yaxşı nəticələr əldə edəcəksiniz” dedi. Telman İsmayılov, “Yox, biz o şirkəti satın aldıq, onu demək istəyirdim” dedi. Yenə baxa-baxa qaldıq.
- Otelin çox böyük hovuzu var, təsəvvür edirsiniz, 30 dönümlük ərazidə su hovuzu... İçərisində Osmanlıdan qalan səltənət qayıqları işləyirdi. Bizi həmin səltənət qayıqlarına mindirdi, otelin digər ucuna apardı, bütün qrupa üzünü tutub dedi ki, indi sizə Livanelinin otağını göstərəcəm. Mən də təəccüb içində qalmışam, nə danışır, nə otağım var, nəyim var ki, burada?! Bizi kral dairəsinə çıxartdı. Min metr otaq... Bu qədər lüks dünyanın heç bir yerində yoxdur.
Mən çox saraylarda olmuşam, amma beləsini heç vaxt görmədim. Bizi içəridə gəzdirməyə başladı. Bura Zülfü abinin sinema mərkəzidir, bura onun yataq otağıdır, bura onun nə bilim nəyidir... Mən də heyrət içində baş verənlərə baxıram. Dedim, mən “Concorde” oteldə qalıram, Telman, hətta əşyalarım da ordadır. Yox, abi, hamısı burdadır dedi. Həmin vaxt niyə bizim qrupa oranı gəzdirirdi, bilmirəm. Sonra hamı getdi, təkbaşıma qaldım. Nə edəcəyimi bilmirdim. Yenə saysız-hesabsız bahalı içkilər, məzələr düzülmüşdü. Hər şey də avtomatik idi. Pultu əlimə alıb düyməsini sıxıram, pərdələr açılır, digərinə toxunuram pəncərələr qapanır, başqa düyməyə barmağım dəyir musiqi başlayır, musiqini qapadım deyirəm, kinoya keçir, ora açılır, bura qapanır deyərkən, çaş-baş qaldım. Dedim, mən burada baş aça bilməyəcəm, ən yaxşısı yatım. Yatağın kənarını açmışdım ki, birdən qapıya baxmaq yadıma düşdü. Sən demə, Telman qapıya iki nəfər mühafizəçi qoyub, çıxıb gedib. Açdım qapını, uşaqlar, hələ də gözləyirsiniz, dedim. Siz məni tanımırsınız? Necə tanımırıq, biz səninlə böyüdük, dedilər. Dedim, yaxşı, gecə saat üçdür, mən bu vaxt sizdən nə istəyə bilərəm? Heç nəyə ehtiyacım yoxdur, Allah eşqinə, gedin yatın, bu şəkildə mən çox narahat oluram. Getmədilər, dedilər biz təlimat almışıq. Dedim siz yatmasanız, mən də oyaq qalacam, sabah film çəkməliyəm, çox işim var. Yox, gedə bilmərik dedilər. Nəsə, mən birtəhər yatmağa çalışdım.
- Səhər açıldı. Otağıma gəldilər, nə cür səhər yeməyi istədiyimi soruşdular. İngilis, fransız, italyan, türk üsulu var dedilər. Mən səhərlər yemək yemirəm dedim, israr etdilər. Yaxşı, dedim, türk üsulu olsun. Az-maz zeytun, pendir gələr dedim. Bir də baxdım ki, içəriyə bir-birinin ardınca yemək maşınları gəlir. Ballar, qaymaqlar, pendirlər, zeytunlar, daha nələr-nələr... 50 nəfərlik səhər yeməyi idi. Nə edəcəyimi bilmədim, çox gülməli mənzərə idi…
- Otelinin arxasında bir villası var idi. Üç nəfəri dəvət eləmişdi - turizmlə məşğul olan bir nəfəri, Rəcəb Tayyib Ərdoğanın köməkçisini və məni. Masada əsrarəngiz fransız yeməkləri var idi. Villasıdır, otel də deyil deyə, yeməkləri kimin hazırladığı maraqlı gəldi. Bu necə ləzzətdir, bunları kim bişirir, dedim. Mətbəxtdə Michelin Yıldızlı şef var, dedi. Təsəvvür et, Türkiyədə olmadığı halda, orada varmış. Aşpazı çağırdı. Möhtəşəm dadlar üçün təbrik etdim. Bu məqamda Telman dedi ki, yox, bu yeməklərlə olmaz, bizlik deyil. Mən sizə gözəl kabablar yedirim, dedi. Qolf maşınlarına mindik. Özü sürürdü, bizi sahilə apardı. Orada bir çadırın içində kabablar bişirirdilər. Ocaqda “cız-cız”la qızaran ətin səsi aləmi bürümüşdü. Elə təzəcə yeməyə başlamışdıq, birdən dedi ki, sizdə belə ət yoxdur, ətin ən dadlısı Azərbaycandadır. Dedi ki, siz quzunun dişisini də yeyirsiniz, biz yemirik. Bu söz bizimkilərə möhkəm toxundu. Dedilər ki, bizim Qaziantepin kabablarının, ətlərinin ləzzətini bilirsən? Bilmədiyini, harada olduğunu soruşdu. Əvəzsiz ləzzətdir. Bu ətdən daha dadlıdır... Əlbəttə, Telman buna hirsləndi. Çox iddialı insandır. Köməkçisini çağırdı, təyyarəni hazırla dedi. Qaziantepə gedib kabab yeyəcəyik. Dedim ki, Allah eşqinə, belə şeylər etməyin. Mən belə şeylərdən xoşlanmıram, heç getmək fikrim də yoxdur. Bax, onunku belə bir həyat idi!
- Bir gün Rusiyadan bir oliqarx gəlib, günorta ona yemək ziyafəti verib. Oliqarx deyib ki, süfrədə verilən özbək plovunu bəyənmədim, dadlı deyil. Axşam təşkil edilən yeməkdə özbək pilovu gətirdib masaya. Sən demə, təyyarəsini Moskvaya göndərib, həmin plovu öz restoranından gətirdib, şam yeməyinə çatdırıb.
- Çox qəribə insan idi. “Mardan Palace”ın içərisində “Rolls Royce” ilə gəzirdi. Çox sayğılı, hörmətcil oğulları var. Bir dəfə də olsun onları eyni masada oturub yemək yeyərkən görmədim.
- Bəhsə girməkdən ötrü sinov gedir. Fəqət, bütün müşahidələrimə əsasən və mənim anladığım qədəri ilə deyə bilərəm ki, pulla nə edəcəyini bilmirdi. Həddən artıq pulu, hər cür imkanı vardı, amma edəcək nəsə tapmırdı. Fikrimcə, “Mardan Palace” yanlış yatırım idi. Çünki Antalya kimi kütlə turizmi olan bir yerə o qədər çox pul xərcləmək böyük səhv idi.
- Oğlunun ad gününü qeyd etmək üçün dünyanın ən lüks otellərindən biri sayılan Dubaydakı “Burc Əl Ərəb” oteli ilə anlaşıb. Hər şey hazır idi. Pullar ödənmişdi, Rusiyadan oliqarxlar yığışıb ora gəlmişdi. Oteldə əmirin rəsmi asılmışdı. Telman deyir ki, əmirin şəklini çıxardın, onun yerinə bir günlük mənim oğlumun rəsmi asılsın. Bunun üçün nə qədər pul lazımdırsa ödəyəcəm. Əvvəlcə razılaşıblar. Ancaq otelin rəhbərləri son anda deyiblər ki, sənin oğlunun rəsmini asa bilmirik. Bu, siyasi hadisə olar, əmir buna sərt təpki verər. Ona görə də mümkün deyil. Qalxıb ayağa, yığışın, gedirik deyib. Rusiyaya qayıdıblar, bütün hazırlıqlar beləcə məhv olub. Belə ölçülərlə yaşayan, həyatı sanki uçurum kənarında keçən, əlindəki pullarla macəralar quran, çılğın, nə edəcəyini bilməyən insanlar var.
Telegram kanalımız