“Ən yaxın dostumu itirdim...” -   Sabiq nazir həmkarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ən yaxın dostumu itirdim...” - Sabiq nazir həmkarından danışdı

Sosial

04 Oktyabr 2025 13:12 972


“Oqtay Şirəliyevlə şəxsən dostluq edirdim. Çox gözəl insan, gözəl bir həmkar idi”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə bağlı danışarkən bildirib.

O deyib: “Hər bir çətinlikdə insanlara əl uzadan, kömək edən şəxs idi. Mədəniyyət işçilərinin bir barmağı ağrısa belə canla-başla yardım edirdi”. Dördpendirli pizza

Keçmiş nazir mərhumun həm peşəkar, həm də insani keyfiyyətlərinin onu hər kəsin yaddaşında xeyirxah və fədakar şəxs kimi yaşadacağını vurğulayıb.

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışıb, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.

O, oktyabrın 3-də axşam saatlarında vəfat edib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!