“Ən yaxşısı evli insanla görüşməkdir...” –   Azərbaycan müğənnisi 

saytların hazırlanması

Evə çatdırılma

“Ən yaxşısı evli insanla görüşməkdir...” – Azərbaycan müğənnisi 

Şou

26 İyun 2019 10:51 5184


Son zamanlar iddialı açıqlamalar verən müğənni Leyla Nur bu dəfə həmkarları barədə tənqidi fikir səsləndirənlərə qarşı çıxıb.

Sənətçi bildirib ki, bəzi peşə sahiblərinin beş sevgilisi olduğu halda, onlardan danışan yoxdur:

"Bütün sahələrdə əxlaqlı insanlar da var, əxlaqsızlar da. Sadəcə, biz göz önündə olduğumuz üçün daha çox tənqid olunuruq. Elə həkimlər, müəllimlər var ki, eyni vaxtda beş sevgilisi var. Amma bundan danışan yoxdur. Hamı güdür ki, hansı müğənni kimlə görüşür. Məgər müğənni insan deyil?" pizza hut

Leyla Nur sənətçilərin evli insanla görüşməsinə də normal yanaşdığını deyib:

"Subay adam gec-tez səni atıb gedəcək. Ailəsindən ayrılmış kişi isə normal adam olsaydı, ayrılmazdı. Ona görə də ən yaxşısı evli insanla görüşməkdir. Çünki sənin qədrini bilir".

Qeyd edək ki, Leyla Nur mərhum meyxanaçı Aydın Xırdalanlının "Aldatdın" mahnısınını oxuduğuna görə tənqidlərə məruz qalmışdı./olke.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!