Enerji tələbatında tarixi rekord: Bu qədər işıq sərfinin səbəbi istidir?

saytların hazırlanması

Evə çatdırılma

Enerji tələbatında tarixi rekord: Bu qədər işıq sərfinin səbəbi istidir?

İqtisadiyyat

08 Avqust 2025 11:05 307


Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub.

Yenisabah.az xəbər verir ki, sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.

“AzərEnerji”nin fikrincə, bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır. pizza

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında tempratur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Emil

Emil İsmayılov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!