Ər-arvad üç saat fərqlə koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Ər-arvad üç saat fərqlə koronavirusdan öldü

Hadisə

21 Mart 2021 21:35 1407


Türkiyədə koronavirusa yoluxan cütlük eyni gündə vəfat edib.

Yenisabah.az xəbər verir ki, Aydın vilayətində yaşayan 67 yaşlı Yılmaz Karınca və 63 yaşlı həyat yoldaşı Meral Karınca 3 saat aralıqla müalicə aldıqları xəstəxanada dünyalarını dəyişiblər.

Cütlüyün bir müddət əvvəl koronavirusa yoluxduğu bildirilir. Onlar yaşadıqları ərazisindəki Fehime Faik Kocagöz Dövlət Xəstəxanasının reanimasiya şöbəsində müalicə alıblar. Həkimlərin səylərinə baxmayaraq, Yılmaz Karınca ötən gün gecə vəfat edib. 3 saatdan sonra isə həyat yoldaşı Meral Karıncanın ölüm xəbəri gəlib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!