“Ər çörəyi yemək istəyirəm“ - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Ər çörəyi yemək istəyirəm“ - Əməkdar artist

Şou

01 İyul 2020 22:59 2355


“İlk dəfə 8-ci sinifdə oxuyanda sevmişəm. Oğlan 11-ci sinifdə oxuyurdu. Xəbəri yox idi onu sevməyimdən, heç vaxt da olmadı. Tənəffüsdə onu görəndə həyəcandan gizlənməyə yer axtarırdım. Amma həyat yoldaşımı da dəlilər kimi sevmişəm. Alınmadı, ayrıldıq. Ayrılsaq da, bunu deməliyəm. Bəzi ayrılan xanımlar kimi deyə bilmərəm məni zorla ərə veriblər, sevməmişəm… “

Yenisabah.az xəbər verir ki, əməkdar artist, aktrisa Sonaxanım Əliyeva keçmiş həyat yoldaşından danışarkən belə deyib.

Aktrisa həyat yoldaşından boşansa da ayda bir dəfə telefonla əlaqə saxladıqlarını deyib: pizza sifarişi

“17 yaşda qızımız var. Ona görə keçmiş yoldaşımla dost kimi əlaqə saxlayırıq. Amma indi ona qarşı nə sevgi var, nə də nifrət. Elə şeylər var, mən onu bağışlamıram. Bəzən güclü olmaqdan da insan bezir və bağırmaq istəyir ki, daha güclü olmaq istəmirəm. Ər çörəyi yemək istəyirəm”.  /Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!