Əraqçi: ABŞ icrası qeyri-mümkün şərtlərə israr edir

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: ABŞ icrası qeyri-mümkün şərtlərə israr edir

Dünya

20 Avqust 2025 16:39 306


Tramp administrasiyası danışıqlar prosesinin əvvəlindən Tehranın nüvə problemi ilə bağlı kompromis təkliflərini rədd və yerinə yetirilməsi qeyri-mümkün şərtlərdə israr edib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib: “ABŞ qeyri-mümkün hesab etdiyimiz məqsədə, yəni “sıfır zənginləşdirmə”yə nail olmaqda israr edir”. Pepperoni pizza

Əraqçinin sözlərinə görə, İranın “kompromis əldə etmək üçün bir neçə əməliyyat planı var idi”.

Aprelin 12-dən bu yana İran və ABŞ arasında vasitəçi qismində Omanın çıxış etdiyi dolayısı ilə danışıqların beş raundu keçirilib. Nüvə proqramını müzakirə edəcək növbəti görüş İsrailin iyun ayında İranı vurmağa başlamasından sonra ləğv edilib. Əməliyyatın məqsədinin İranın nüvə proqramının məhv edilməsi olduğu elan edilib. Buna cavab olaraq İran İsraili vurmağa başladı.

İyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurdu: Fordo, İsfahan və Natanz. Daha sonra ABŞ prezidenti Donald Tramp İran və İsrailin razılaşdığı atəşkəs elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!