Əraqçi: ABŞ-nin son tələbi müzakirə oluna bilməz

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: ABŞ-nin son tələbi müzakirə oluna bilməz

Dünya

20 May 2025 17:55 311


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın nüvə müzakirələrindəki son mövqeyini irrasional və qəbuledilməz adlandırıb.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, o, uranın zənginləşdirilməsinin müzakirə olunmayacağını vurğulayıb:

“Amerikalıların son günlər dedeiyi tamamilə irrasional və məntiqsiz mövqeləridir. Fikrimizcə, uranın zənginləşdirilməsi danışıqlar mövzusu deyil. Mən artıq son bir neçə gündə dəqiq cavab vermişəm və bu gün İslam İnqilabının Rəhbəri də öz mövqeyini açıq şəkildə bəyan edib. Biz İran xalqının hüquqlarını təmin edən prinsiplər əsasında danışıqlara başladıq və heç bir halda bu hüquqlarda güzəştə getməyəcəyik”. Marqarita pizza

Bundan əvvəl İranın Ali dini lideri Ayətullah Xamnəi ABŞ-ın İranda uranın zənginləşdirilməsini dayandırmaq çağırışını “cəfəngiyat” adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!