Əraqçi: Cənubi Qafqazda sülh bütün xalqlar üçün əhəmiyyətlidir

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: Cənubi Qafqazda sülh bütün xalqlar üçün əhəmiyyətlidir

Dünya

21 Oktyabr 2025 14:33 388


Cənubi Qafqazda sülh və sabitlik bütün region xalqları üçün həyati əhəmiyyət kəsb edir.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Xələf Xələfovla görüşündə bildirib.

Tərəflər ikitərəfli əməkdaşlıq, Cənubi Qafqazda regional sabitlik və müxtəlif strateji sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. pizza hut

Əraqçi Tehranın ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək, regionda istənilən geosiyasi dəyişikliyi rədd etmək və mübahisələrin həlli üçün yeganə yol kimi diplomatiyaya baxmaq zərurəti ilə bağlı mövqeyini təkrarlayıb.

İranın xarici işlər naziri ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sabitlik və əməkdaşlığın yeni dövrünü açacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!