Əraqçi: İrəvanda “Tramp yolu”na dair müzakirəmiz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: İrəvanda “Tramp yolu”na dair müzakirəmiz olacaq

Dünya

18 Avqust 2025 16:09 331


"İrəvanda müzakirələrimiz olacaq. Ermənistan qırmızı xətlərimizlə tanışdır və biz son bir neçə gündə mövqeyimizi dəfələrlə təkrarlamışıq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O əlavə edib: "Narahatlıqlardan biri ABŞ-nin regionda uzunmüddətli mövcudluğudur. Region ölkələrinin heç biri bunu qəbul etmir. Rusiya Xarici İşlər Nazirliyinin Qafqaz üzrə xüsusi nümayəndəsi də bir neçə gün əvvəl Tehrana gəldi və mənimlə görüşdü. Bu məsələdə mövqelərimiz oxşardır. Bu marşrutun xarici qüvvələrin mövcudluğu üçün bəhanəyə çevrilməsi hamı üçün qəbuledilməzdir". Pepperoni pizza

"Ermənistan “dəhliz” sözünü işlətməməkdə israrlıdırlar. Bəyyannamənin mətnində də “dəhliz” sözü işlədilməyib. Çünki “dəhliz” termininin özünəməxsusluğu var. Bu, Amerika-Ermənistan konsorsiumunun Ermənistanda tikmək üçün qurduğu yoldur", - deyə Əraqçi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!