Əraqçi Mustafayevə: Xarici dövlətlər Qafqaz işlərinə müdaxilə etməməlidir

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi Mustafayevə: Xarici dövlətlər Qafqaz işlərinə müdaxilə etməməlidir

Siyasət

16 Oktyabr 2024 11:02 549


İran xarici dövlətlərin Qafqaza müdaxiləsinə qarşıdır.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, region ölkələrinin öz imkanlarından, o cümlədən "3+3" məsləhət mexanizmindən istifadə etməsi vacibdir. Pepperoni pizza

Əraqçi məsələləri danışıqlar yolu ilə həll etmək və sülh razılaşmasına nail olmaq əzmini müsbət qiymətləndirib və bununla bağlı Tehranın tərəflərə yardım etməyə hazır olduğunu bəyan edib.

Xarici işlər naziri Azərbaycanın İslam Respublikasının xarici siyasətindəki əhəmiyyətinə toxunaraq, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Bu baxımdan o, iki ölkənin birgə iqtisadi komissiyasının rolunu da qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!