Əraqçi: Nüvə proqramının gələcəyi ondan asılıdır

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: Nüvə proqramının gələcəyi ondan asılıdır

Dünya

18 Mart 2026 13:33 271


İranın nüvə proqramının gələcəyini İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei müəyyən edəcək.

"Yeni Sabah" Əl-Cəzirə-yə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Mən yeni liderin bu məsələ ilə bağlı mövqeyini hüquqi və ya siyasi baxımdan qiymətləndirmək iqtidarında deyiləm. Anladığım qədəri ilə, bu, əvvəlki xəttimizdən əhəmiyyətli dərəcədə fərqlənməməlidir, amma onun fikirləri aydınlaşana qədər gözləməliyik", - nazir müsahibəsində bildirib. Dördpendirli pizza

Əraqçi vurğulayıb ki, İranın nüvə proqramı həmişə dinc xarakter daşıyıb:

"Biz həmişə nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək kimi qanuni hüququmuzu həyata keçirmək üçün çalışmışıq və çalışmağa davam edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!